SEPAH Qüds Qüvvələrinin ictimaiyyətlə əlaqələr və təbliğat bölməsi üzrə müavini çərşənbə günü İRNA müxbirinə eksklüziv müsahibəsində deyib: “SEPAH-ın Suriyadakı məsləhətçi qüvvələri sağ-salamatdırlar.”
“Hazırda müqavimət cəbhəsinin müşavirləri ilə komanda otağı arasında sabit və sinergetik şərait mövcuddur” - deyə, o, əlavə edib.
Qüds Qüvvələrinin ictimaiyyətlə əlaqələr üzrə müavini qeyd edib ki, sionist rejimin Əl-Əqsa Tufanı əməliyyatı zamanı və son aylardakı hərbi və təhlükəsizlik strategiyası üç təməl üzərində qurulub: “məqsədli terror”, “müqavimət mərkəzlərinin və ofislərin havadan bombalanması” və “psixoloji əməliyyatlarla qorxu və vəhşət yaratmaq”. Sionist rejim bu vəziyyətdə həm müqavimətin qollarını, həm də müqavimət tərəfdarlarını hədəfə alır ki, onların güclərini azaltsın.
O, müsahibəsinin davamında bir daha vurğulayıb: “Dünən gecə (sionist rejimin) hədəf aldığı binada SEPAH komandirlərindən heç biri olmayıb. Ona görə də bununla bağlı yayılan xəbərlər şayiədir.”
Sizin rəyiniz